Bioqrafiya
Ətiqə (Attika) İzmayılova – keçmiş SSR-in Qafqaz regionunun aparıcı antropoloqlarından biri idir.
Onun atası, Əli Abbas İzmayılov, 1932-cı il martın 19-da Bakı şəhərində, anası, Gözəl Sadıxova, Azərbaycanın Qazax rayonunda anadan olmuşdurlar. Qədim tarix kitablarının ehtiraslı oxuyucuları olan, onun valideynləri, Ətiqəni Qədim Yunan dövləti Attika şərəfinə adlandırmışdılar. Attika öz gücü, müstəgilliyi və vətənpərvərliyi ilə tanınmışdı, və bu xüsusiyyətləri Əli Abbas və Gözəl öz qızında görmək istəyirdilər. Pasportunda Attika adı rusça, Атига, və Azərbaycanca, Ətiqəyə çevrilmişdilər.
Atası ali təhsilini 1917-ci il Rusiya Oktyabr İnqilabından əvvəl azərbaycan neft maqnatların maddi dəstəyilə almışdır. O irriqasiya üzrə birinci muhəndislardən olaraq, Azərbaycan SSR-in Hidro-Meliorasıya üzrə nazir müavinin yüksək vəzifəsinə çatmışdır. Əli Abbas İzmayilov yeni sosialist dövlətində daimi təhsilin tərəfdari olub.
Orta məktəbdə Ətiqə xanım əlaçı olub. 1950-ci ildə Bakı şəhəri 133 nömrəli məktəbi bitirəndən sonra, o Moskva Dövlət Universitetində təhsilini davam edirmişdir. Eyni zamanda, Ətiqə xanım Lənkəran və Astara rayonlarında elmi iş apararaq – 1964-ci ildə SSRİ-nin Elmlər Akademiyasında etnoqrafiya institunda elmlər namizədi dərəcəsinə nail olub.
Moskvada Ətiqə xanım gələcək həyat yoldaşı, iqtisasça hərbi pilot və iqtisadçı olan Nuri Aqasi ilə tanış olur. Musaddıq hakimiyətinin çevirlməsindən sonra SSSR-də təhsil aldığı ilə əlaqədər onun İrana qayıtması mümkün olmur. Bakıya qayıdaraq Ətiqə İzmayilova ömrünün böyük hissəsini Azərbaycan Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışıb. Orada o Şimalı İranın etnoqrafiya, dekorativ bəzəklərin müqaisəli öyrənilməsi, onun əsas ixtisası olan milli geyimlərdən 50-liyə qədər elmi məqalə çap etdirmişdi. Bundan əlavə, Ətiqə xanım gerontologiya və tayfalararası münasibətlər mütəxəssisi idi. O, SSRİ-nin dağilmasından sonra Qafqazda millətlər arası münaqişələr nəticəsində onlarla talehləri qırılmış insanlar arasında mühüm etnoqrafik araşdirmaları aparmışdır. 1996 ildə Ətiqə xanım ömrünün sonuna qədər etnoqrafik şöbəsinin rəhbəri vəzifəsində çalışdığı Azərbaycan Tarixi Muzeyinə işə keçmişdır.
Mərd şəxsiyyəti ilə fərqlənən qadin olaraq, öz biliyini milli azdığların müdafiəsinə və onlarin maraqların təmsilinə yönəldirdi. Bu biliyi o ömrünün son otuz ildə sərhədyani rayonların kənd sakinləri ilə işdə və ömrünün son on ilində müxtəlif qeyri-hökümət və insan hüquqlari təşkilatlara müraciətlardə əldə etmişdir. Əmək fəaliyyətinin əvvəlindən Ətiqə xanım həmçinin çox saylı kolleqalarınin mərhəmətli rəhbəri idi, 1991-cı ildə dövlət sərhədlərinin açılmasından sonra isə o çox saylı xarici tədgiqatçılarını gəbul edib qayğısına qalırdı.
Onun yoxluğu her birimiz üçün, onun dostlari və həmkarları üçün böyük itkidir. Onsuz Qafqaz və onun etnoqrafiyası öz dolğunluğunu itirmiş olacaq.
Saytın bütün materialları (bütovlüklə və parçaları ilə) yalnız hüquq səlahiyyəti olanların yazılı icazəsi ilə istifadə oluna bilər. Daha geniş məlumat üçün bizim ilə əlaqə yarada bilərsiz: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.