Ətiqə İzmayılova (1932-2006) - Azərbaycanın aparıcı etnoqroflarından biri olub. Öz əmək fəaliyyətini Taliş mədəniyyəti və sosial həyatının mütəxəssisi kimi başlayaraq, sonradan o Azərbaycan milli geyimləri ilə məşqul olmuşdur. Bakı şəhərində anadan olan Ətiqə xanım, ali təhsilini 1955-ci ildə Moskva Dövlət Universitetinin Tarix fakultəsində, elmlər namizədi dərəcəsini isə SSRİ EA-nı Mikluxa-Maklay adına Etnoqrafiya İnstitunda almışdır. Uzun illər müddətində Azərbaycan EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda və Azərbaycan Milli Tarix Muzeyində çalışıb.

Ətiqə xanımın ailəsi və dostlarının dəstəyi ilə yaradılan bu sayt görkəmli alimin həyatı və yaradıcılığı ilə tanış olmaq üçün imkan yaradır. Azərbaycanda yaşayan çoxsaylı xalqların geyimləri, bəzəkləri, memarlıqları və həyat tərzlərini əks etdirən Ətiqə İzmaylovanın şəxsi kolleskiyasından olan 500-ə yaxın fotoşəkil, saytın qonaqlarının daha böyük marağına səbəb ola bilər.

Saytın bütün materialları (bütovlüklə və parçaları ilə) yalnız hüquq səlahiyyəti olanların yazılı icazəsi ilə istifadə oluna bilər. Daha geniş məlumat üçün bizim ilə əlaqə yarada bilərsiz: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.